Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik aşkar ediblər

Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik aşkar ediblər
# 02 iyul 2015 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan gömrük xidməti orqanı əməkdaşları 5 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Ukraynadan Azərbaycana gələn Ukrayna vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5 310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.

Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR