Sentyabrda Azərbaycanda Malayziyanın mədəniyyət festivalı keçiriləcək

Sentyabrda Azərbaycanda Malayziyanın mədəniyyət festivalı keçiriləcək
# 26 iyun 2015 10:39 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə nazirlikdə Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə keçirilən görüşdə bildirilib. Görüşdə Malayziya Mədəniyyət və Turizm Nazirliyinin baş katibinin müavini Datuk Ghaffar Bin A. Tambi, Malayziyanın Azərbaycandakı səfiri Roslan Abdul Rahman və başqaları iştirak edib.

Görüşdə tərəflər arasında hər iki ölkənin turizm potensialı haqqında məlumat verilib, gələcək perspektivlər ətrafında fikir mübadilələri aparılıb, Azərbaycanla Malayziya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR