Türkiyədə polis avtomobilinə atılan mərmi evə düşüb, hamilə qadın yaralanıb

Türkiyədə polis avtomobilinə atılan mərmi evə düşüb, hamilə qadın yaralanıb
# 07 noyabr 2015 22:01 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Şırnak vilayətində PKK terrorçularının zirehli polis avtomobilinə atdıqları minaatan mərmi fərdi evə düşərək hamilə qadını yaralayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 6 aylıq hamilə olan 20 yaşlı Sinem Dal xəstəxanaya yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR