Müsavat Məclisi və MNTK üzvlüyünə boş qalan yerlərə seçkilər keçiriləcək

Müsavat Məclisi və MNTK üzvlüyünə boş qalan yerlərə seçkilər keçiriləcək
# 16 mart 2015 14:15 (UTC +04:00)

Bakı - APA. Müsavat Partiyası Məclisinin növbəti sessiyası aprelin 4-də keçiriləcək.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən iclasında qəbul edilib.

İclasda Məclis və MNTK üzvlüyünə boş qalan yerlərə seçkilərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Namizədlərin qeydə alınmasının 17 mart saat 12.00-dan başlayaraq 3 aprel saat 15.00-dək davam etməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR