Arzu Rəhimov Lerikdə vətəndaşları qəbul edib

Arzu Rəhimov Lerikdə vətəndaşları qəbul edib
# 06 iyul 2015 09:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Lerik rayonunda vətəndaşları qəbul edib.

Dövlət Xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Lənkəran, Astara və Lerik rayonlarından 45-dək sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR