Rusiya XİN: Kanada hökumətinin yeni sanksiyaları cavabsız qalmayacaq

Rusiya XİN: Kanada hökumətinin yeni sanksiyaları cavabsız qalmayacaq
# 30 iyun 2015 16:28 (UTC +04:00)

Bakı – APA. “Kanada hökumətinin Rusiyaya qarşı yeni sanksiyaları cavabsız qalmayacaq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

O bildirib ki, yeni sanksiyalar qarşı tərəfin günahı ucbatından çətin dönəm yaşayan Rusiya-Kanada münasibətlərinə daha da mənfi təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR