Azərbaycanın İstanbuldakı Baş konsulu 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb

Azərbaycanın İstanbuldakı Baş konsulu 20 Yanvar faciəsi ilə bağlı məqalə yazıb
# 18 yanvar 2015 20:13 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin “Yeni Çağ” qəzetində Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun 20 Yanvar faciəsi ilə bağlı geniş məqaləsi dərc olunub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, “Qanla yazılan şanlı tarix” sərlövhəli məqalədə 20 Yanvar faciəsi, bu hadisənin Azərbaycanın müstəqillik yolundakı addımlarından biri olduğu qeyd edilib.

“Azərbaycan xalqının tələblərinə qarşı fəaliyyətə başlayan ermənilərin və Azərbaycana qarşı olan qüvvələrin təxribatlarıyla Mixail Qorbaçovun başçılıq etdiyi idarəçilər həm SSRİ-nin, həm də Azərbaycan SSR-in Konstitusiyasını tapdalayaraq Bakıya qoşun yeritdilər” deyə qeyd olunan məqalədə qanlı yanvar gecəsində 132 nəfərin şəhid olduğu, 612 nəfərin əlil edildiyi, 812 nəfərin isə həbs olunduğu bildirilib: ”Qanlı Yanvar hadisələrinin yaşatdığı ortaq acılar Azərbaycan xalqını daha da birləşdirmiş, sıralarını çoxaltmış, iradəsini gücləndirmişdir”.

Baş konsul 20 Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyevin öz ailəsyilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet ordusunun Bakıda törətdiyi qətliama qarşı nümayiş etdirdiyi sərt etirazı da yazısında qeyd edib.

Məqalədə həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bu proseslərin davamı olaraq 1 milyon insanın yurd-yuvasından didərgin düşdüyü də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR