Nazirlik: Yaxın günlərdə Azərbaycanın 60-a yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq

Nazirlik: Yaxın günlərdə Azərbaycanın 60-a yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq
# 01 aprel 2015 09:29 (UTC +04:00)

Bunu "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

M. Hacıyevin sözlərinə görə, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir: "Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək".

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR