Fransada Ukrayna və Polşa azarkeşləri arasında qarşıdurma baş verib

Fransada Ukrayna və Polşa azarkeşləri arasında qarşıdurma baş verib
# 21 iyun 2016 22:11 (UTC +04:00)

Bakı-APA. Marseldə AVRO-2016 çərçivəsində Ukrayna-Polşa matçından öncə futbol azarkeşləri arasında toqquşma baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində olan polis qüvvələri qarşıdurmanın daha geniş vüsət almasının qarşısını alıblar.

Məlumata görə, toqquşma qəfil baş verib, bir neçə azarkeş saxlanılıb, daha aqressiv fanatlara qarşı su şırnaqlarından istifadə olunub.

Qeyd edək ki Ukrayna-Polşa matçı polyakların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Polşa millisi AVRO-2016-nın “pley off” mərhələsinə özünə vəsiqə təmin edib. Ukrayna millisi mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR