Qənirə Paşayeva Türkiyədə Makedoniya prezidenti ilə görüşüb - FOTO

Qənirə Paşayeva Türkiyədə Makedoniya prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 15 aprel 2015 09:33 (UTC +04:00)

Türkiyədə keçirilən Makedoniya Kültür və Dostluq Gecəsinə qatılan millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanovla görüşüb. APA-nın məlumatına görə, Makedoniya prezidenti aprelin sonunda Azərbaycana səfər edəcəyini bildirib. O, Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. Qənirə Paşayeva Makedoniya prezidentinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ və Xocalı Soyqırımı ilə bağlı kitablar, filmlər və özünün müəllifi olduğu kitabları hədiyyə edib. Millət vəkili Qənirə Paşayevanı Makedoniyanın dostlarından biri adlandıran prezident Georgi İvanov onu Makedoniyaya dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Makedoniyaya bir neçə dəfə səfər etdiyini və hər dəfə yüksək səviyyədə qarşılandığını deyib və Makedoniya ilə bağlı bu günə qədər yazdığı yazıları daha da genişləndirərək kitab halında çap etdirməyə hazırlaşdığını deyib.

Qənirə Paşayeva Makedoniya prezidentinin ilə birlikdə Kapadokiyada "Üsküp" küçəsinin açılışında da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR