SOCAR Rusiyanın cənub hissəsinin karbohidrogen ehtiyatlarını öyrənir

SOCAR Rusiyanın cənub hissəsinin karbohidrogen ehtiyatlarını öyrənir
# 07 may 2015 13:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan və Rusiya Həştərxan vilayətinin karbohidrogen ehtiyatlarının öyrənilməsinə başlayıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

“Rosneft” şirkəti ilə Azərbaycan, Rusiya və üçüncü ölkələrin ərazilərində neft-qaz əməliyyatlarının aparılması ilə məşğul olacaq birgə müəssisənin yaradılması haqqında razılaşmanın əldə olunduğunu xatırladan R.Abdullayev qarşıdakı illərdə kəşfiyyat və hasilatla bağlı xarici investisiya layihələrini həyata keçirmək niyyətində olduqlarını bəyan edib.

ARDNŞ rəhbəri qeyd edib ki, ARDNŞ beynəlxalq bazarlarda iştirak çoğrafiyasının genişləndirilməsində maraqlıdır: “Bu məqsədlə dünyanın neft-qaz sənayesində gedən prosesləri dərindən təhlil edir, daxil olan təklifləri bu kontekstdə dəyərləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR