Bank Of Baku

Astarada iki minik avtomobili toqquşub, xəsarət alan var

Astarada iki minik avtomobili toqquşub, xəsarət alan var
# 25 may 2018 23:07 (UTC +04:00)

Astarada yol qəzası olub, bir nəfər yaralanıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Şüvü kəndində qeydə alınıb.

 

Qəza zamanı iki "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri, Şüvü kənd sakini, 1982-ci il təvəllüdlü Siya Qurbanəli oğlu Mahmudov xəsarət alıb. O, ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan oradan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR