Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, aparılan axtarışlar nəticəsində Katex çayında sel sularının gətirdiyi ağac kötüklərini yığan zaman suyun apardığı 43 yaşlı Aslan Rzayevin meyiti Katex kənd 2 saylı məktəbin arxasından keçən çaydan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16:20
Balakəndə 43 yaşlı kişini sel aparıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Hazırda onun axtarışı davam etdirilir.