Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 21 noyabr 2014 08:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 21 yaşlı qız dərmandan zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Günel İsmayılova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım edilərək G. İsmayılovanın həyatını xilas etmək mümkün olub. Həkimlər hazırda 21 yaşlı qızın vəziyyətinin normal olduğunu bildirirlər. Araşdırma zamanı məlum olub ki, G. İsmayılovanın ürəyi ağrıdığı üçün 15-ə yaxın həb qəbul edib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR