Dələduzluqda təqsirləndirilən şəxs barəsində olan hökm dəyişdirilib

Dələduzluqda təqsirləndirilən şəxs barəsində olan hökm dəyişdirilib
# 02 dekabr 2014 12:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Təyyar Məmmədovun barəsində olan hökmdən istintaq orqanın verdiyi vəsatət əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə elan olunan qərara əsasən, onun barəsində 4 min manat cərimə cəzası təyin edilib.


Qeyd edək ki, T. Məmmədov Həsən adlı yaxın tanışından 4500 manat borc alıb. Sonradan borcunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə isə T. Məmmədova bəraət verilib. Məhkəmə onun cinayətinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Hökmdən narazı qalan dövlət ittihamçısı isə apellyasiya protesti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR