Azərbaycanın daxili borc bazarında korporativ qiymətli kağızların payı kəskin artıb

Azərbaycanın daxili borc bazarında korporativ qiymətli kağızların payı kəskin artıb
# 10 aprel 2013 14:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanın daxili borc bazarında korporativ qiymətli kağızlar sektorunun payı 7 dəfədən çox artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin daxili borc bazarında dövlət alətləri üstünlük təşkil edir: «Daxili borc bazarında dövlət alətlərinin payı 80%-dən çoxdur, korporativ borc alətlərinin bazardakı payı isə 15-17%-dir. Lakin dinamika ilə qiymətləndirsək, 5 il bundan öncə korporativ qiymətli kağızların payı 2%-dən bir qədər çox olub. Ötən 5 il ərzində görmək olar ki, proses qarşıya qoyduğumuz hədəf istiqamətində gedir və hədəfə çatmaq üçün potensial böyükdür».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR