Aprelin 16-17-də Moskvada IV Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək

Aprelin 16-17-də Moskvada IV Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək
# 19 mart 2015 12:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Aprelin 16-17-də Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, beynəlxalq konfransda Azərbaycan da daxil olmaqla, 80-a yaxın müxtəlif ölkə və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Konfransda Ukraynadakı böhran, dünyada sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov IV Moskva Beynəlxalq Təhülkəsizlik Konfransına ABŞ-ın da dəvət olunduğunu bildirib. O, Rusiya Müdafiə Nazirliyinin konfransın bütövlükdə Ukrayna probleminə həsr etmək niyyətində olmadığını söyləyib: "Konfransda bütün dünyada təhlükəsizlik və sabitlik məsələlərinin müzakirəsi planlaşdırılır. Konfransa Latın Amerikası dövlətlərinin müdafiə nazirləri də dəvət olunub. Bilmək istəyirik ki, Latın Amerikası ölkələri hansı problemlərlə üzləşirlər".

Konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR