Azərbaycan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini "Dostluq" ordeni ilə təltif edib - VİDEO

Azərbaycan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini "Dostluq" ordeni ilə təltif edib - <span style="color: red;">VİDEO
# 26 iyun 2015 09:45 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.

İ. Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə edib, bundan böyük şərəf hissi duyduğunu deyib.

Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını deyib və kitabın ilk nüsxəsini prezident İlham Əliyevə təqdim edib.

İ. Serageldin bildirib ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.

Dövlət başçısı İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İ. Serageldinin fəaliyyətini yüksək qiymətləndirib, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR