Latviya prezidenti postsovet məkanındakı münaqişələri gündəmdən çıxarmamağa çağırıb

Latviya prezidenti postsovet məkanındakı münaqişələri gündəmdən çıxarmamağa çağırıb
# 01 oktyabr 2015 08:53 (UTC +04:00)

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, R. Veyonis veto hüququ üzündən BMT Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynaya qarşı təcavüzü və Malayziya təyyarəsinin vurulması ilə bağlı məsələyə baxılmasına imkan verilmədiyinə diqqət çəkib.

Bu kontekstdə o, Təhlükəsizlik Şurası daimi üzvlərinin veto hüququnun məhdudlaşdırması və onun tərkibinin genişləndirilməsi ilə bağlı təklif irəli sürüb. Latviya prezidenti Ukraynanın ərazi bütövlüyünə hərtərəfli dəstək verdiyini bildirməklə yanaşı, Krım və Sevastopolun qeyri-qanuni şəkildə ilhaqını və Krım tatarlarının, etnik ukraynalıların hüquqlarının pozulması hallarını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR