Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil - YENİLƏNİB - VİDEO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: Poçt müdirinin intihar etməsi işi ilə bağlı deyil - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 07 iyul 2014 12:51 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, Elvin Zəkiyevin müdir işlədiyi Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsində heç bir yoxlama aparılmayıb: “Elvin Zəkiyevin məhz bu səbəbdən və işi ilə bağlı intihar etməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

* * *

Saat 15.12

Şabran. Vəli Turan - APA. Şabran rayonunda intihar faktı qeydə alınıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəvəçi massivi adlanan ərazisində qeydə alınıb.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zəkiyev özünü asıb. O, Şabran rayonunun Çölquşçu kənd poçt məntəqəsinin müdiri olub.

Qeyd edək ki, intihar edən şəxs boşanıb və bir övladı var. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR