Astarada yol polisinin keçirdiyi reyd zamanı 30 sürücü inzibati qaydada cəzalandırılıb - FOTOSESSİYA

Astarada yol polisinin keçirdiyi reyd zamanı 30 sürücü inzibati qaydada cəzalandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2015 20:16 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları nəqliyyatın intensiv hərəkət etdiyi Ələt-Astara magistralında növbəti reyd keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb. Reyd zamanı avtomaşını texniki baxışdan keçirmədiyi, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə etdiyi, avtomaşına əlavə avadanlıqlar quraşdırdığı, eləcə də polisin "Dayan!" əmrinə tabe olmadığı üçün 50-ə yaxın sürücü saxlanılıb. Bölmənin inspektoru İlqar Rəhimzadənin sözlərinə görə, onlardan 30-u "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələrinə əsasən cəzalandırılıb.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR