“Bank Silk Way” II rübü zərərlə başa vurub

“Bank Silk Way” II rübü zərərlə başa vurub
# 19 iyul 2016 12:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. 2015-ci ilin II rübündə “Bank Silk Way”in aktivlərinin həcmi 364,400 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,22% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 47,18% artaraq 346,258 mln. manat olub.

Bankın depozit portfeli 2015-ci ilin yanvar-iyun ayları ərzində 45,6% artaraq 148,207 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 136,192 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 64,65% çoxdur.

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 257,747 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 3,61% azalaraq 106,563 mln. manat olduğu halda, nizamnamə kapitalı 2,4% artaraq 101 mln. 544,89 min manat təşkil edib.

Bankın gəlirləri iyulun 1-nə 16,615 mln. manat, xərcləri isə 9,951 mln. manat təşkil edib.

Bu ilin altı ayını bank 429 min 60,53 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR