Azərbaycanda kvota üzrə balıq ovu bir ildə 11% artıb

Azərbaycanda kvota üzrə balıq ovu bir ildə 11% artıb
# 10 fevral 2015 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2014-cü ildə 239 hüquqi və fiziki şəxs üçün balıq ovuna verilmiş 1295,2 ton kvotaya qarşı 880,6 ton balıq ovlanıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2013-cü illə müqayisədə 11% çox olub.

Ovlanmış balığın 247 tonu siyənək, 164 tonu kilkə, 162 tonu kütüm, 157 tonu kefal, 52 tonu külmə, 46 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Ötən il kvotanın alınması üçün balıqçılar tərəfindən 39,5 min manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR