Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin 7 ayı ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 937,2 mln. manatlıq xidmət göstəriblər.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7% artıb, xidmətlərin 72,6%-i əhaliyə göstərilib və əldə edilib gəlirin 81,0%-i qeyri-dövlət sektorunun payına düşüb.