Bakıda yük avtomobili aşıb

Bakıda yük avtomobili aşıb
# 16 iyul 2015 07:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “DAMAS” markalı yük avtomobili yoldan çıxaraq aşıb və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobildə sıxılan vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR