ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb
# 30 may 2015 04:29 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas və Oklahoma ştatlarında daşqınlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin təbii fəlakətin qurbanı olduğu bildirilirdi.

Son məlumatlara əsasən, 15 nəfər itkin düşmüş hesab edilir. 24 nəfər Texasda, 4 nəfər isə Oklahoma ştatında ölüb.

Sinoptiklərin proqnozlarına görə, yağıntılar bir neçə həftə davam edə bilər. Qeyri-sabit hava şəraiti daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına çətinlik törədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR