Bu gün Moskvada matəm günüdür

Bu gün Moskvada matəm günüdür
# 15 iyul 2014 23:44 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 15-də baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır.

Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb.

Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb.

Matəm günü ilə əlaqədar iyulun 16-da Moskvada dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR