Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycanda hava şəraiti dəyişəcək
# 14 mart 2015 10:31 (UTC +04:00)

Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Qurumdan APA-ya verilən xəbərə görə, martın 15-i axşamdan martın 18-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR