Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb
# 11 mart 2015 07:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada danışıqlar aparan Rusiya nümayəndə heyətinin rəhbəri Anton Mazur bildirib. O deyib ki, Moskva 2015-ci il martın 11-dən etibarən müqavilədə iştirakını tam dayandırır. Diplomat Birgə Məsləhət Qrupunda Rusiyanın maraqlarını Belarusun təmsil etməsi üçün bu ölkəyə xahişlə müraciət etdiklərini söyləyib.

Bununla yanaşı, A. Mazur qeyd edib ki, bu qərar Moskvanın Avropada adi silahlar üzərində nəzarətə dair dialoqdan imtina etməsi mənasına gəlmir: “Biz adi silahlar üzərində nəzarətə dair birgə işə başlamağa hazırıq və tərəfdaşlarımızın da buna hazır olmasını gözləyirik”.

Rusiyanı bu addımı atmağa sövq edən səbəblərdən danışan diplomat xatırladıb ki, NATO ölkələrinin israrı ilə Avropada adi silahlar üzərində nəzarətə dair dialoq 2011-ci ildə dayandırılıb və o vaxtdan bəri bərpa edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR