Nuri əl-Maliki yeni baş nazirin təyin olunmasını əhəmiyyətsiz sayır

Nuri əl-Maliki yeni baş nazirin təyin olunmasını əhəmiyyətsiz sayır
# 13 avqust 2014 12:56 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İraqın keçmiş baş naziri Nuri əl-Maliki Heydər əl-İbadinin baş nazir postuna təyin olunmasını əhəmiyyətsiz hesab edir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əl-Maliki bu əvəzlənmənin heç bir əhəmiyyət daşımadığını deyib və Konstitusiya pozuntusu adlandırıb. Eks baş nazir televiziyada çıxışanda hər kəsi Heydər əl-İbadinin təyinatından edilən şikayətlə əlaqədar məhkəmə qərarını qəbul etməyə çağırıb.

Qeyd edək ki, İraq prezidenti Fuad Masum Şiə Milli İttifaqının namizədi Heydər əl-İbadini baş nazir təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR