Bakıda qəza nəticəsində 1 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakıda qəza nəticəsində 1 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 05:34 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Səbail rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Yol qəzası Salyan şossesində, “Bayraq meydanı”nın yaxınlığında qeydə alınıb. “Mitsubishi” markalı avtomobillə “Mercedes” markalı maşının toqquşması nəticəsində “Mercedes”in sürücüsü yüngül bədən xəsarəti alıb.

İlkin məlumata görə, qəzaya sərxoş sürücünün idarə etdiyi “Mitsubishi” markalı avtomobilin yolun əks hərəkət istiqamətinə çıxması səbəb olub. O, ifadəsinin alınması üçün Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR