“Expressbank” daha iki müştərisinə hədiyyə qazandırıb

“Expressbank” daha iki müştərisinə hədiyyə qazandırıb
# 27 may 2015 08:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə keçirdiyi “Hədiyyəli pul köçürmələri“ adlı aksiyanın növbəti qalibləri müəyyən olunub.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Expressbank”ın müştəriləri planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, pul köçürmə xidmətlərini “Expressbank”ın filiallarında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Lider”, “Caspian Money Transfer” və “Monex” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR