Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-nı 10 illik yubiley münasibəti ilə təbrik edib

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-nı 10 illik yubiley münasibəti ilə təbrik edib
# 14 noyabr 2014 12:41 (UTC +04:00)

Mətbuat Şurasından APA-ya daxil olan məktubda deyilir:

“Azərbaycanda yeni tipli media ənənələrinin formalaşmasında və təşəkkülündə mühüm rol oynamış kütləvi informasiya vasitələrindən biri də “Azəri-Press” Agentliyidir. Agentlik fəaliyyətə başlayarkən bəyan etdiyi prinsiplərə bu gün də sadiqliyi ilə seçilməklə özünəməxsus dəst-xətt yaradıb. Cəmi 10 ildə mövcud yüksək statusa yiyələnmək gərgin jurnalist əməyi ilə yanaşı bacarıqlı idarəetmənin nəticəsidir. Bu baxımdan APA-nı həm istedadlı qələm sahiblərinin toplaşdığı məkan, həm də səriştəli idarəçiliyin həyata keçirildiyi yetkin kollektiv kimi xarakterizə etmək mümkündür.

APA gündəlik məlumatlarının kəmiyyətinə, çeşidinə, mövzu və üslub rəngarəngliyinə, dil müxtəlifliklərinə, istifadəçilərinin sayına və digər xüsusiyyətlərinə görə öndədir. Bu, media orqanının yüksək peşəkarlığından qaynaqlanan başlıca keyfiyyətdir.

APA eyni zamanda fəaliyyəti ilə peşəkarlıq etalonuna çevrilməyi bacarmış bənzərsiz nümunədir. Əldə etdiyi nailiyyətlərə görə informasiya agentliyinin 10 deyil, daha yaşlı göründüyünü söyləmək mümkündür. Şübhəsiz, bu günün 10 yaşlı APA-sı gələcəyin 20, 30, 40, 50 və daha sanballı yubileylərini qeyd etmək potensialını özündə yaşadan, Azərbaycanın jurnalistika tarixində yeni səhifələr açmağa iddialı olan kütləvi informasiya vasitəsidir.

APA-nın məhsuldar kollektivini 10 illik yubiley münasibətilə təbrik edirəm. Peşəkar jurnalistlərin gərgin əməyinin təntənəsinə çevrilmiş bu informasiya agentliyinin gələcəkdə daha böyük uğurlar qazanacağına əminəm. Xoş gününüz mübarək, əziz həmkarlar!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR