“Eşqin sonsuz nəğməsi” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb

“Eşqin sonsuz nəğməsi” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb
# 25 mart 2015 15:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Eşqin sonsuz nəğməsi” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nağılvari yeni il əhvalatı fonunda iki gəncin həyat hekayəsindən bəhs edən filmin rejissoru Emin Əfəndiyevdir.

“Motivlər-2” kinoalmanaxı çərçivəsində istehsal olunan filmdə İlahə Həsənova, Qorqud Cəfərli və əməkdar artist Şamil Süleymanlı rol alıblar.

Qeyd edək ki, “Motivlər-2” kinoalmanaxının ilk filmi olan “Qara bağ” qısametrajlı bədii filminin istehsalı bir müddət əvvəl başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR