Binəqədidə avtomobil aşıb, sürücü ölüb

Binəqədidə avtomobil aşıb, sürücü ölüb
# 03 oktyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi «VAZ-2106» markalı avtomobili səkiyə vuraraq aşırıb. Nəticədə özü hadisə yerində ölüb, avtomobildəki sərnişin, 1983-cü il təvəllüdlü Qoşqar Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR