Mərkəzi Bank: "Evrobank" lisenziyasının ləğv olunması ilə bağlı qərardan 30 gün ərzində məhkəməyə şikayət edə bilər

Mərkəzi Bank: "Evrobank" lisenziyasının ləğv olunması ilə bağlı qərardan 30 gün ərzində məhkəməyə şikayət edə bilər
# 14 iyul 2015 09:35 (UTC +04:00)

Bakı - APA-Economics. "Evrobank" Mərkəzi Bankın onun lisenziyasının ləğv olunması ilə bağlı verdiyi qərardan 30 gün ərzində məhkəməyə şikayət edə bilər.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Evrobank" avqust ayının 10-dək 1 nömrəli Bakı inzibati-iqtisad məhkəməsinə qərardan şikayət verə bilər.

Qeyd edək ki, "Evrobank"ın lisenziyasının ləğv olunması ilə bağlı qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən iyulun 10-da qəbul olunub.

Tənzimləyicinin yaydığı bəyanatda qeyd olunub ki, “EvroBank” Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə, banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılıb, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR