Ukraynada azərbaycanlı diaspor rəhbərlərindən biri qətlə yetirilib - VİDEO

Ukraynada azərbaycanlı diaspor rəhbərlərindən biri qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 13:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avqustun 17-nə keçən gecə Ukraynanın Xerson vilayətində Azərbaycan icmasının rəhbərlərindən biri olan İlham Tağıyev qətlə yetirilib.

APA-nın “Xerson onine” saytına istinadən verdiyi məlumata görə, iş adamının meyitii ona məxsus “Mercedes” markalı avtomobildə tapılıb.

Milis güman edir ki, İ. Tağıyev icarəyə götürdüyü qaraja gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr endiriblər, daha sonra avtomobilindən çıxararaq təpikləməyə başlayıblar. Cinayətkarlar qətldən sonra İ. Tağıyevin cibindən evinin açarın götürərək mənzili soymağa gediblər. Ev alt-üst edilib. Qatillərin nə qədər pul və zinət əşyası apardıqları bəlli deyil.

Hadisə zamanı İlham Tağıyevin həyat yoldaşı və qızı Azərbaycanda olub. Onun oğlu isə Kiyevdə yaşayır.

İ. Tağıyev ət polufabrikatları ticarəti ilə məşğul olan regional şirkətin yerli nümayəndəsi olub. Cinayətin tamah məqsədilə törədildiyi güman edilir.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR