Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
# 19 may 2015 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Bakıdakı binada baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. APA-nın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR