“AtaBank” I rübdə aktivlərini artırıb

“AtaBank” I rübdə aktivlərini artırıb
# 28 aprel 2015 08:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AtaBank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 615,601 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51,03% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 92,49% artaraq 519,771 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 48,85% artaraq 523,925 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 187,031 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,32% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 53,03% artaraq 70,894 mln. manata çatdığı halda, nizamnamə kapitalı 33,33% artaraq 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 93,44% artaraq 25,279 mln. manat, xərcləri isə 23,23% artaraq 13,638 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 11 mln. 641,4 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 25 filialı, 82 bankomatı, 18 244 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR