Bakı-Horadiz dəmiryol xəttinin Beyləqan rayonu ərazisindən keçən hissəsindəki körpü uçub - FOTOSESSİYA

Bakı-Horadiz dəmiryol xəttinin Beyləqan rayonu ərazisindən keçən hissəsindəki körpü uçub  - <span style="color: red;">FOTOSESSİYA
# 11 aprel 2013 18:03 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun bildirdiyinə görə, hadisə aprelin 10-da, gecə saat 20.00 radələrində baş verib. Yolun sıradan çıxan hissəsi Bakı-Horadiz dəmir yolu xəttinin 143 kilometrliyində baş verib.

Körpünün uçmasına səbəb yolun altından keçən suvarma kanalında suyun səviyyəsinin artması olub. Nəticədə sürətlə axan su yolu uçuraraq sıradan çıxarıb.

Qəza ilə əlaqədar Bakı-Horadiz istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Horadiz istiqamətində hərəkətdə olan qatar İmişli vağzalında, Bakı istiqamətində hərəkətdə olan qatar isə Daşburunda saxlanılıb. Sərnişinlər mənzil başına avtobus vasitəsi ilə çatdırılıb. Hazırda əraziyə İnfrastruktur Departamentinin işçiləri, İmişli rayon Fövqaladə Hallar Qatarı və yol təsərrüfatı işçiləri cəlb edilib. Uçqun baş verən ərazidə beton daşlar təmizlənib, iki ədəd böyük diametrli su ötürücülər yerləşdiriləcək.

Mətbuat xidmətindən verilən məlumata görə, bu gün xətt təmir olunaraq qatarların hərəkəti bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR