Qüdsdə fələstinli gəncin dəfnində İsrail əsgərləri izdihama atəş açıb - VİDEO

Qüdsdə fələstinli gəncin dəfnində İsrail əsgərləri izdihama atəş açıb - <span style="color: red;">VİDEO
# 05 iyul 2014 01:19 (UTC +04:00)

APA TV-nin verdiyi xəbərə görə, dəfn mərasiminə minlərlə insan qatılıb.

Onun nəşi Fələstin bayrağına bürünərək Qüdsün bütün küçələrində gəzdirilib. Yeniyetmə şəhid kimi torpağa tapşırılıb. 17 yaşlı oğlanın meyitinin iki gün əvvəl yanmış vəziyyətdə aşkarlayan polis onun cəsədini ailəsinə vaxtında təslim etməyib. Onun ölümünün səbəbləri barədə hələ də açıqlama verilmir.

Yeniyetmənin qətl edildiyi gündən Qüdsdə vəziyyət gərginləşib. Fələstinlilər qətldə yəhudiləri günahlandırır və İsrail polisi ilə qarşıdurmalara gedirlər. İsrail polisi isə atəşlə cavab verir. Atəş səsləri hətta dəfn mərasimi zamanı da eşidilib. Fələstinlilər bu qətlin İsrail hökumətinin bundan bir neçə gün öncə 3 yəhudinin intiqamının alınması məqsədilə törədildiyini iddia edirlər.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netenyahu da bir neçə gün əvvəl meyitləri tapılan yəhudi gənclərin Fələstində aktiv olan HƏMAS qruplaşması tərəfindən törədildiyini demiş və bunun qarşılığının veriləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR