Rusiyanın humanitar yardım karvanına Ukrayna sərhədçiləri və ATƏT nümayəndələri baxış keçirəcək

Rusiyanın humanitar yardım karvanına Ukrayna sərhədçiləri və ATƏT nümayəndələri baxış keçirəcək
# 16 avqust 2014 05:47 (UTC +04:00)

Bakı-APA. Kiyev Rusiyadan göndərilən humanitar yardım karvanına baxış keçirmək məqsədilə ATƏT nümayəndələri tərəfindən müşayiət olunan bir dəstə sərhədçini Rusiya sərhəd nəzarət-buraxılış məntəqələrinə göndərib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Administrasiyasının rəhbərinin müavini Valeri Çalıy bildirib.

“Ukrayna tərəfi Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını ATƏT nümayəndələri ilə birlikdə Rusiya sərhəd nəzarət-buraxılış məntəqələrinə göndərib”, deyə açıqlamada bildirilir.

Pentaqonun bundan əvvəl yayılan açıqlamasında bildirilmişdi ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı ilə telefon danışığı zamanı Ukraynaya yollanan humanitar yardım karvanında hərbçilərin olmayacağına zəmanət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR