Azərbaycanda alternativ enerji sahəsində vahid tarif sistemi tətbiq edilməyəcək

Azərbaycanda alternativ enerji sahəsində vahid tarif sistemi tətbiq edilməyəcək
# 18 noyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda alternativ enerji sahəsində vahid tarif sistemi tətbiq edilməyəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, bu gün tarif məsələsi ən ciddi məsələlərdən biridir: “Yəqin ki, vahid tarif tətbiq etməyəcəyik. Çünki hər stansiyanın özünün əmələgəlmə qiyməti var. Burada ən vacib məsələ şəffaflığı təmin etməkdir və biz də buna çalışırıq”.

A. Bədəlov deyib ki, qurumun başlıca məqsədi günəş panelləri ilə hər bir evə getməkdir: “Məqsədimiz Azərbaycanda yüz minlərlə günə. Enerjisi istehsal edən ev, məktəb və uşaq bağçaları səviyyəsində kiçik enerji istehsalını əldə etməkdir. Bu nöqteyi-nəzərdən bu gün vahid enerji tarifini həyata keçirmək çox çətindir. Buna görə də biz hər layihə üçün özünün öz tarifini qurmaq sistemini üzərində çalışırıq”.

Tariflərə gəldikdə isə agentlik rəhbəri bildirib ki, hazırda qiymətlər beynəlxalq təcrübəyə əsaslanır. Bu gün 12-13 sent ətrafında külək, 20 sent ətrafında günəş enerjisinin qiymətidir. Apardığımız hesablamalara əsasən deyə bilərəm ki, bu qiymətlər bir neçə dəfə aşağı düşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR