ATƏT-in monitorinq missiyasının patrulu Donbasda atəşə tutulub

ATƏT-in monitorinq missiyasının patrulu Donbasda atəşə tutulub
# 03 may 2015 03:57 (UTC +04:00)

Birinci insident ötən günün ikinci yarısında Şirokino yaşayış məntəqəsində qeydə alınıb. Missiyanın patrulu atıcı silahlardan atəşə tutulub, heç kəs xəsarət almayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in mətbuat xidmətinin bəyanatında bildirilir.

Ötən gün ATƏT-nin monitorinq missiyasının patrulu həmçinin Donetsk aeroportu yaxınlığındakı Peski yaşayış məntəqəsində minaatanlardan atəşə tutulub. Məlumata görə, insident baş verdiyi zaman ərazidə, ümumiyyətlə, döyüş əməliyyatları aparılmayıb, nisbi sakitlik olub.

İnsidentdən iki saat sonra həmin patrul Avdeyevkada 152 millimetrlik artilleriya qurğularından atəşə tutulub. Minsk sazişinin şərtlərinə əsasən, təmas xəttində bu tip silahların istifadəsi qadağan edilib. İnsident zamanı xəsarət alan olmayıb.

Atəşin Ukrayna ordusu və ya separatçılar tərəfindən açılması barədə məlumat verilmir.

Monitorinq missiyasının rəhbəri Ərtoğrul Apakan patrulların atəşə tutulması ilə bağlı dərin narahatlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR