® Mars Tech Limited Azərbaycanda Huawei şirkətinin orta Asiya üzrə qızıl tərəfdaşı olub

<font color=red>® </font>Mars Tech Limited Azərbaycanda Huawei şirkətinin orta Asiya üzrə qızıl tərəfdaşı olub
# 16 oktyabr 2014 07:30 (UTC +04:00)

Bakı – APA-Economics. Mars Tech Limited şirkəti cari ildən Azərbaycanda telekommunikasiya, informasiya və təhlükəsizlik texnologiyaları istiqamətində fəaliyyətə başlayıb.

Şirkət yarandığı tarixdən etibarən Azərbaycanın dinamik şəkildə inkişaf edən informasiya texnologiyaları bazarında ilk növbədə etibarlı tərəfdaşlığı özünə əsas tutub. Mars Tech yeni yaranmasına baxmayaraq mühüm layihələrdə uğur qazanmışdır və dünyaca tanınmış telekommunikasiya, informasiya və təhlükəsizlik texnologiyaları yönümlü istehsalçıların ən qabaqcıl avadanlıq və proqram təminatlarını daim uğurla tətbiq edir.

15 oktyabr tarixindən Mars Tech dünyanın qabaqcıl informasiya və kommunikasiya texnologiyaları provayderi olan Huawei şirkətinin Orta Asiya üzrə Qızıl Tərəfdaşı təyin edilib. Huawei rəqabətə davamlı İKT həlləri və xidmətləri təqdim etməklə telekommunikasiya operatorları, şirkətlər və istehlakçılar üçün ən yüksək dəyəri yaratmağa çalışan dünya markasıdır. Statistik məlumatlara görə, 140 – dan artıq ölkədə dünya əhalisinin üçdə bir hissəsi məhz bu şirkətin məhsullarından və həllərindən istifadə edir. Huawei İKT sektorunda təcrübə və peşəkarlıq vasitəsilə rəqəmsal bərabərsizliyi aradan qaldıraraq coğrafi mövqeyindən asılı olmadan, genişzolaqlı şəbəkə xidmətlərindən istifadə etmək imkanları yaradır.

Huawei şirkətinin Orta Asiya üzrə Qızıl Tərəfdaşı kimi, Mars Tech müştərilərin ehtiyaclarına cavab verən məhsul və xidməti Azərbaycan bazarına təqdim edir. Mars Tech, bundan əlavə, Cisco, Nateks, Cronyx və Tripp Lite kimi qabaqcıl dünya markalarının ölkəmizdə səlahiyyətli reselleridir.

Şirkətin təsisçisi və direktoru, Orxan Əliyevin verdiyi məlumata əsasən, ilin sonuna Mars Tech ilə əməkdaşlıq edən şirkətlərin sayı artacaq və Azərbaycan ərazisində İKT məhsullarını daha asan və tez əldə etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR