“Petkim” mənfəətini kəskin artırıb

“Petkim” mənfəətini kəskin artırıb
# 30 aprel 2015 11:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə pay sahibi olduğu “Petkim” şirkətinin mənfəəti artıb.

APA-Economics”in “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayında şirkət 937 mln. lirə bölüşdürülməmiş gəlir əldə edib. Ötən ilin ilk rübündə 37 mln. lirə xalis mənfəət açıqlayan “Petkim”in bu ilin ilk rübü ərzində daxilolmaları 84 mln. lirə təşkil edib. Bunun 44 mln. 400 min lirə xalis mənfəətdir.

“Petkim” baş direktoru Saadəttin Korkut deyib ki, şirkətin istehsal gücü 13% artıb, enerji və vahid xam maddə xərcləri isə azalıb.

O bildirib ki, şirkət bu il ərzində də 125 mln. dollarlıq investisiya qoyuluşu nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR