Livan ordusu Suriya ilə sərhəddə 11 silahlı məhv edib

Livan ordusu Suriya ilə sərhəddə 11 silahlı məhv edib
# 21 sentyabr 2014 03:40 (UTC +04:00)

Bakı-APA. Livan ordusu Suriya ilə sərhəddəki Curud Ərsal aşırımında 11 silahlı məhv edib. APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, silahlı qrup Suriya ərazisindəki Kələmum yaşayış məntəqəsi istiqamətində hərəkət edirmiş

Bu arada Livan ordusu silahlıların Ərsal ətrafındakı mövqelərini artilleriyadan atəşə tutub. Əməliyyatda döyüş helikopterləri də iştirak edib.

Qeyd edək ki, gecə Bəəlbek şəhərinin şərqində terrorçu-kamikadze mina quraşdırılmış avtomobili “Hizbullah” qruplaşmasının blokpostu yaxınlığında partladıb. Nəticədə “Hizbulla”ın 3 döyüşçüsü həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR