Çexiya səfiri: “Gəncənin infrastruktur layihələrində iştirak etmək niyyətimiz var” - FOTO

Çexiya səfiri: “Gəncənin infrastruktur layihələrində iştirak etmək niyyətimiz var” - <span style="color: red;">FOTO
# 09 aprel 2015 11:27 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Gəncəyə səfəri zamanı deyib.

Səfər çərçivəsində diplomat Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə iki ölkənin inkişaf etməkdə olan iqtisadi və mədəni əlaqələri çərçivəsində regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ölkədə, xüsusən də Gəncədə reallaşdırılan infrastruktur layihələr barədə məlumat verib.

V. Pivonka Azərbaycan regionlarına ilk dəfə səfər etdiyini bildirib.

“İki il öncə Gəncə ilə Çexiyanın Olomuts şəhəri qardaşlaşma protokolu imzalayıblar. Bu gün keçirilən görüşümüzdə bu çərçivədə, həmçinin digər sahələrdə əməkdaşlıq haqqında söhbət aparıldı. Biz istəyirik ki, iqtisadi sahədə, habelə təhsildə universitetlər arasında əlaqələr vasitəsilə birgə imkanları genişləndirək. Həmçinin Gəncənin infrastruktur layihələrində iştirak etmək niyyətimiz var”, - deyə diplomat bildirib.

Səfir qeyd edib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha sıx iqtisadi əlaqəsi ilə seçilir. Ölkəsinin enerji potensialının 30 faizinin məhz Azərbaycan nefti hesabına formalaşdığını qeyd edən V. Pivonka ölkələrimiz arasında birgə layihələrin dəyərinin 2 milyard dolları keçdiyini deyib.

Qeyd edək ki, Çexiya səfiri sabah Goranboy rayonuna səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR