İsveçrədə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

 İsveçrədə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib
# 28 may 2015 09:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi Respublika Günü və Birinci Avropa Oyunlarının təqdimatı münasibətilə Bernin ən məşhur Bellevue Palace mehmanxanasında rəsmi qəbul təşkil edib.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir Əkrəm Zeynallı Azərbaycanın müstəqillik tarixi barədə danışıb.

Səfir əsasını Heydər Əliyevin qoyduğu və prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinin etdiyini bildirib. O, belə bir mötəbər tədbirlərdən sayılan, ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilatçılığının Azərbaycana etimad edilməsinin bu nüfuzun göstəricisi olduğunu və bu məqsədlə aparılan hazırlıq işlərinin uğurla başa çatmasının qəbul edilmiş qərarın düzgünlüyünə dəlalət etdiyini vurğulayıb.

Daha sonra Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanmış video-çarx nümayiş olunub, qonaqlara Azərbaycanın istedadlı musiqiçiləri Elçin və Emin Şirinovların ifasında etno-caz konserti və Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR