Samir Şərifov: “Neftin ucuzlaşmasının bilavasitə dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi təsiri gözlənilmir” - VİDEO

Samir Şərifov: “Neftin ucuzlaşmasının bilavasitə dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi təsiri gözlənilmir” - <span style="color: red;">VİDEO
# 09 dekabr 2014 14:57 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, qısa müddət ərzində neftin qiymətinin 40%-dən çox ucuzlaşması və xammal bazarlarında hökm sürən qeyri-sabitlik və qeyri-müəyyənlik hökumət tərəfindən də qiymətləndirilir, araşdırılır və buna uyğun olaraq müvafiq tədbirlər görüləcək.

S. Şərifov əlavə edib ki, neftin ucuzlaşmasının bilavasitə dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi təsiri gözlənilmir: “Neftin qiymətinə yenidən baxılması büdcə gəlirləri üçün ən vacib məsələ deyil. Çünki, dövlət büdcəsinin gəlirləri müəyyən mənada sığortalanıb”.

O, bildirib ki, neftin ucuzlaşması fonunda icmal büdcənin gəlirlərində xeyli azalma müşahidə oluna bilər: “İcmal büdcənin gəlirləri əsasən Neft Fonduna toplanan gəlirlərdən ibarətdir. Yəni, bu gəlirlərə baxdıqda biz icmal büdcənin gəlirlərində biz xeyli azalma müşahidə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR